22 ölkə Hörmüzlə bağlı hərəkətə keçdi

22 ölkə Hörmüzlə bağlı hərəkətə keçdi
DÜNYA
23:51 22.03.2026
242
Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv bəzi dövlətlər Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlər hazırlayır.

Bu barədə NATO-nun Baş katibi Mark Rütte "Fox News" telekanalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, artıq 22 ölkə bu istiqamətdə səylərin koordinasiyasına başlayıb ki, onların əksəriyyəti NATO üzvləridir. Təşəbbüsə həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreynin də qoşulduğu bildirilir. 

"ABŞ Prezidenti narazı idi, çünki hesab edirdi ki, Avropa və digər müttəfiqlər çox ləng hərəkət edir. Lakin yaxşı xəbər ondan ibarətdir ki, artıq 22 ölkə imkan yaranacağı zaman Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə dair onun baxışını həyata keçirmək üçün səylərini birləşdirir. Hazırda biz planlaşdırma ilə məşğuluq", - NATO-nun Baş katibi deyib.

Rütte həmçinin ABŞ Prezidenti Donald Trampın NATO-nun ünvanına sərt açıqlamalar səsləndirməsinə baxmayaraq, alyans ilə əlaqələri davam etdirdiyini qeyd edib. 

"Bu həftə bir neçə dəfə danışmışıq", - o, əlavə edib.
OXŞAR XƏBƏRLƏR