Erməni ordusunda növbəti intihar hadisəsi.
Ermənistan ordusundakı mənəviyyatsız ab-hava növbəti intihar hadisəsi ilə özünü bir daha biruzə verib.ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu gecə saat 22:20 radələrində Ermənistan ordusunun əsgəri Vardan Albertoviç Avaqyan adına qeyd olunmuş tabel silahı ilə özünü güllələyib. 1990-cı ildə anadan olmuş Vardan Avaqyan özünüqulluq etdiyi hərbi hissənin anbarında vurub. Ermənistanın hərbi prokurorluğu 2012-ci ildə İrəvan şəhəri ətrafında yerləşən Nor Nork dariəsindən orduya çağrılmış əsgərin şəxsiyyətinə qarşı edilən təzyiqlərə dözməyərək intihar etdiyini düşünür və buna görə intihara səbəb olma maddəsi ilə istintaqa başlayıb.