22 yaşlı erməni əsgər özünü güllələdi

DÜNYA
13:20 01.02.2013
1550

Erməni ordusunda növbəti intihar hadisəsi.

Ermənistan ordusundakı mənəviyyatsız ab-hava növbəti intihar hadisəsi ilə özünü bir daha biruzə verib. 
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu gecə saat 22:20 radələrində Ermənistan ordusunun əsgəri Vardan Albertoviç Avaqyan adına qeyd olunmuş tabel silahı ilə özünü güllələyib. 1990-cı ildə anadan olmuş Vardan Avaqyan özünüqulluq etdiyi hərbi hissənin anbarında vurub. Ermənistanın hərbi prokurorluğu 2012-ci ildə İrəvan şəhəri ətrafında yerləşən Nor Nork dariəsindən orduya çağrılmış əsgərin şəxsiyyətinə qarşı edilən təzyiqlərə dözməyərək intihar etdiyini düşünür və buna görə intihara səbəb olma maddəsi ilə istintaqa başlayıb.

OXŞAR XƏBƏRLƏR