222 kiloqram ağırlığında olan balıq rekord qiymətə satıldı - FOTO

DÜNYA
10:51 05.01.2013
2500
Yaponiyada nəhəng tuna balığı rekord qiymətə satılıb. Paytaxt Tokioda hərraca çıxarılan 222 kiloqram ağırlığı olan mavi üzgəcli tuna balığı 1.76 milyon dollara alınıb. Bu isə ötən il hərraca çıxarılan nəhəng tuna balığına verilən qiymətdən 3 dəfə çoxdur.Tuna balığı Yaponiyanın şimal-şərq sahillərində tutulub və Tokionun ən böyük balıq bazarı olan Tsukici bazarında hərraca çıxarılıb. Ötən il olduğu kimi, bu il də nəhəng tunanı suşi restoranının sahibi Kiyoşi Kimura adlı şəxs alıb.Qeyd edək ki, bütün dünyada tutulan tuna balıqlarının 80%-ni yaponlar yeyir.

OXŞAR XƏBƏRLƏR