Tuğba Altıntop və Ceren Kaplakarslanla evlənən və ayrılan Rafet El Roman (55) ötən gün gənc sevgilisi Yasemin Gergeç (31) ilə görüntülənib.
AZXEBER.COM xəbər verir ki, Akmərkəzdə bir restoranda yemək yedikdən sonra dükanları dolaşan sevgililərin xoşbəxt halları diqqət çəkib.
Gergeçlə münasibətlərinin çox yaxşı getdiyini deyən 55 yaşlı müğənni bir müddət gülümsədikdən və düşündükdən sonra "Sürpriz qərarlar varmı?” sualına cavab verib:
"İstənilən vaxt belə bir qərar verə bilərik. Sizə deyim ki, ailələr ilk dəfə görüşdülər. Çox gözəl və xoş insanlardır. İlk görüşümüz çox yaxşı keçdi".
Aysel