Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.
Qəza D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib. Yük maşını daha sonra yol kənarındakı mikroavtobus dayanacağına çırpılıb.
Dayanacaqda olan Rusiya vətəndaşı 20 yaşlı Arina Dautova və Azərbaycan vətəndaşı 23 yaşlı Alyona Dovqalyova yük maşınının altında qalaraq ölüb.
Qəzada yüngül xəsarət alan yük maşınının sürücüsü saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
//Milli.Az









































