Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Qaziantepdə ərinin valideynləri ilə birlikdə yaşayan 23 yaşlı Özlem K. iki övladını bıçaqlayaraq öldürüb, sonra 2-ci mərtəbədən özünü ataraq intihara cəhd edib.
Hadisəyə səbəb onun qayınanası ilə dalaşması olub. Qadının iki uşağı ölüb, özü isə yaralı vəziyyətdə xəstəxanada müalicə alır.