23 yaşlı oğlan “Kapital Bank”ın bankomatını yardı – Qaçmaq istəyəndə tutuldu (FOTOLAR)

HADİSƏ
17:56 18.12.2017
2291

Quba RPŞ -nin əməkdaşlarının xidməti ərazidə apardıqları ayıq xidmət nəticəsində rayon ərazisində oğurluğun qarşısını alıblar.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, rayonun Zərdabi qəsəbə sakini 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən Kapital Bankın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilmişdir. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.

 

Qeyd edilən faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR