Salyanda kütləvi dava olub - 2 nəfər bıçaqlanıb

HADİSƏ
12:25 14.01.2020
8924
Salyanda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb.

Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.
Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Təhmasib Şirəliyevin tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb.

Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

08:46 25.10.2020

Ordumuz Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində yeni mövqelərə irəliləyib - RƏSMİ

23:40 24.10.2020

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

23:12 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

22:42 24.10.2020

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

22:39 24.10.2020

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

22:29 24.10.2020

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi

21:55 24.10.2020

Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər - VİDEO

21:33 24.10.2020

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

21:14 24.10.2020

Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

21:09 24.10.2020

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

20:52 24.10.2020

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

20:35 24.10.2020

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

20:27 24.10.2020

"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

20:01 24.10.2020

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

19:49 24.10.2020

Düşmənin 3 tankı, 2 sığınacağı və dayaq məntəqələri məhv edildi

18:54 24.10.2020

Düşmənin hücum cəhdinin qarşısı alınıb - Əsir götürülənlər var