Vəkili Ram Sinqin ölümündə həbsxana nəzarətçilərini günahlandırıb
Ötən ilin oktyabrında Hindistanda avtobusda 23 yaşlı gənc qızı zorlamaqda günahlandırılan 5 nəfərdən biri həbsxanada intihar edib. Bu gün səhər saat 05:30 radələrində məhkum Ram Sinq paltarlarından istifadə edərək özünü asıb. Bu barədə onun vəkili bildirib. Vəkili Ram Sinqın ölümündə həbsxana nəzarətçilərini günahlandırıb. Qeyd edək ki, Hindistanda 23 yaşlı tələbənin avtobusda 6 nəfər tərəfindən zorlanması, ölkədə minlərlə insanın etirazına səbəb olmuşdu. Etirazçıların hökümətdən tələbi, avtobusda 23 yaşlı tələbə qızı zorlamış 6 şəxsə ölüm cəzasının verilməsi olub. (anspress)