Türkiyənin Samsun bölgəsində tapança ilə oynayan 23 yaşlı gənc təsadüfən 17 yaşlı dostunu başından vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, gənc xəstəxanaya aparılıb və hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Belə ki, güllələnən gənc dostu Musap Ş.-nin boş dükanında Kürşat A. (17 yaş), Əmir E. (18 yaş) və Sudenur K. (18 yaş) ilə içki içməyə başlayıb. Bu sırada Birkan Ç.-nin əlindəki tapançadan atəş açıb və onun qarşısında oturan Musap Ç. başından vurulub.
Burnundan girib boynundan çıxan güllədən ağır yaralanan Musap Ç., xəbər üzərinə ünvana sövq edilən təcili tibbi yardımın ilk müdaxiləsindən sonra Alaçam Dövlət Xəstəxanasına aparılıb. Yaralının həyati təhlükəsinin davam etdiyi bildirilib.
Dostu tərəfindən güllələnən gənc hazırda xəstəxanada həyat mübarizəsi aparır.
Oksana