24 il əvvəl Olimpiadada qazanılmış qızıl medal zibillikdən tapıldı

24 il əvvəl Olimpiadada qazanılmış qızıl medal zibillikdən tapıldı
İDMAN
13:01 30.08.2016
1443
1992-ci ildə Barselonada keçirilən Olimpiadada kişilər ikili kanoe yarışlarında qazandığı qızıl medalı oğurlanmış amerikalı Co Cakobi medalına qovuşub.
7 yaşlı Xlo Smit adlı qız uşağı atası ilə gedərkən zibillərin arasından parıldayan bir şey görüb. Qızın atası sosial mediada medalının oğurlandığını bildirən 46 yaşlı sabiq idmançını tapıb onun medalını verib.
Karyerasında yeganə medal olan Cakobi qıza təşəkkür edərək onun məktəbinə gələcəyinə söz verib.
Qeyd edək ki, Co Cakobi iyunda ailəsi ilə restoranda yemək yeyərkən maşını qarət olunmuş, bel çantasında daşıdığı qızıl medal beləcə oğurlanmışdı. Oğrunun çantadakı dəyərli əşyaları aldıqdan sonra medalı sata bilməyəcəyini düşündüyü üçün onu zibilliyə atdığı ehtimal edilir.
///Qaynarinfo.Az 
OXŞAR XƏBƏRLƏR