21 yaşlı gənc Əmrah Həsənli 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəddir.
Həmin dairədən YAP-ın namizədi Aydın Mirzəzadədir. O, 2000-ci ildən deputatdır.
AZXEBER.COM Aydın Mirzəzadənin gənc rəqibinin dosyesini təqdim edir:
Əmrah Qoşqar oğlu Həsənli 2003-cü ildə Mingəçevir şəhərində anadan olub. 2020-ci ildə Mingəçevir şəhər N.Nərimanov adına 1 saylı tam orta məktəbi bitirib. Hazırda Azərbaycan Kooperasiya Universiteti İdarəetmə fakültəsində təhsil alır. Minlərlə abituriyentin tələbə adının qazanmasında müstəsna xidmətləri olub. Təhsil, gənclərlə iş sahəsində çalışıb. Hal-hazırda isə Təhsil məsələələri və ixtisas seçimi üzrə mütəxəssis kimi çalışır.