24 ildir deputat olan Səttar Möhbalıyevin rəqibləri: Çilingər, məsləhətçi, metodist...

24 ildir deputat olan Səttar Möhbalıyevin rəqibləri: Çilingər, məsləhətçi, metodist...
ÖZƏL
13:48 22.08.2024
1297
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin maraqlı rəqibləri var. 

AZXEBER.COM xəbər verir ki, siyahıya nəzər saldıqda 2000-ci ildən Milli Məclisin deputatı olan Möhbalıyev üçün 1 sentyabr Parlament seçkilərində də yaşıl işıq yandırıldığını demək mümkündür. 

Belə ki, bitərəf deputatın 7 rəqibi var. Onlardan 2 nəfəri məsləhətçi, 1 nəfəri baş mütəxəssis, 1-i metodist, 1-i direktorı, 1-i isə kitabxanaçıdır. 

Müxalif partiyalardan heç biri Səttar Möhbalıyevin qarşısına rəqib çıxarmayıb.  
 
Hakim Yeni Azərbaycan Partiyasının bu dairədən namizədi isə YAP Şahbuz rayon təşkilatının məsləhətçisi Asiman Babayevdir. 

Qeyd edək ki, Səttar Möhbalıyev 24 ildir ki, Milli Məclisin deputatıdır. 
OXŞAR XƏBƏRLƏR