ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Məzari Şərif şəhərində doğulan uşaqlardan 3-ü qız, 3-ü oğlan olub.Sara Gül adlı qadın hamilələyi dövründə həkim müayinəsində olmayıb. Həkimlərin sözlərinə görə, uşaqlardan 5-nin vəziyyəti normaldır. Ancaq 700 qram çəkidə doğulan altıncı körpə küvezə qoyulub.Ancaq 6 uşağın doğulması yoxsul ailəni xoşbəxt etməyib. Doğuşdan sonra çox düşüncəli olan qadın övladlarının doğulmasına sevinə bilməyib. Onun sözlərinə görə, uşaqlara baxamayacağını düşünərək hündürlükdən tullanaraq onları tələf etməyə çalışıb. Lakin onun bu cəhdi alınmayıb.Əfqan mətbuatının “cəsur qadın” adlandırdığı Sara Gülə dövlət yardımı üçün müraciətlər edilib.Qeyd edək ki, Əfqanıstanda hər 10 uşaqdan biri 5 yaşına çatmadan dünyasını dəyişir.