24 yaşlı qız özünü asdı

SOSİAL
10:21 02.09.2016
1465
Bakıda intihar hadisəsi baş verib.Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Orada yaşayan, 1992-ci il təvəllüdlü Zülfiyyə Rəfael qızı Əsədova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.APA.az
OXŞAR XƏBƏRLƏR