24 yaşlı qız özünü otelin 5-ci mərtəbəsindən atdı - VİDEO
DÜNYA
17:33 05.02.2013
4147
Bu səhər saat 05:00 radələrində Türkiyədə baş verən intihar hadisəsi “Doğan” agentliyinin (DHA) jurnalistləri tərəfindən saniyəsinə qədər çəkilib.AZXBEER.COM-un Türkiyə mətbuatına isitnadən verdiyi məlumata görə, 24 yaşında Ayşegül A. özünü otellərin birinin 5-ci mərtəbəsində pəncərəsindən yerə atıb. Qız hadisə yerindəcə canını tapşırıb. Onun meyiti İzmir şəhər morquna aparılıb.Polis araşdırmaya başlayıb. İntihar edən Ayşegül A.-ün yaxınları qızın sevgilisindən ayrıldığı üçün uzun müddət depresiyada olduğunu bildiriblər.
Qızın “Facebook” sosial şəbəkəsində intihara işarəvurduğu məlum olub. Qız intihar etməmişdən təxminən 10 dəqiqə əvvəl “Bəzən 3-cü mərtəbə ölüm üçün yetərli deyil, ən yaxşısı 6-cı mərtəbədir” kəlmələrini sosial şəbəkədə paylaşıb. Bu yazı ilə o intihar edəcəyini bildirib.Qızın yaxınları bildiriblər ki, Ayşegül A. 3 ay bundan əvvəl də özünü 3-cü mərtəbədən atıbmış. Lakin o zaman sağ ayağı qırılan qız ölümdən xilas olub.