Google, dünya üzrə 2,5 milyarddan çox aktiv istifadəçisi olan Gmail üçün mühüm təhlükəsizlik xəbərdarlığı yayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkət, "Google dəstək xidməti” kimi görünən saxta zəng və e-poçtlarla istifadəçi hesablarının ələ keçirilməyə çalışıldığını açıqlayıb.
Hücumun arxasında fidyə virusu və kimlik oğurluğu ilə tanınan "ShinyHunters" qrupunun olduğu ehtimal edilir.
Belə ki, İstifadəçiyə hesabına icazəsiz giriş edildiyi barədə saxta bildiriş göndərilir. Daha sonra "hesabı qorumaq” bəhanəsi ilə parol sıfırlama kodu yollanır və bu kodun telefonda yüksək səslə oxunması istənir. Kod verildiyi anda hesab real vaxtda hücumçuların əlinə keçir.
Google bir daha xatırladıb ki, doğrulama kodları heç kimlə paylaşılmamalıdır.
Hesabınızı qorumağın əsas qaydaları:
Doğrulama kodunuzu heç kimə verməyin.
Gələn zəng və e-poçtun həqiqətən Google-dan gəldiyini yoxlayın.
Panik yaradan mesajlara sakit reaksiya verin.
İki mərhələli təsdiqləməni (2FA) aktivləşdirin.
Şirkət, ənənəvi parollara alternativ olaraq passkey istifadəsini də tövsiyə edir. Passkey ilə üz tanıma, barmaq izi və ya PIN vasitəsilə təhlükəsiz giriş imkanı yaranır və kimlik oğurluğu riskləri azalır.
Oksana