25 yaşı olsa da uşaq kimi görünür - FOTO

25 yaşı olsa da uşaq kimi görünür - FOTO
DÜNYA
11:57 12.06.2026
134
Çinin Hunan əyalətində yaşayan 25 yaşlı Vanq Cunminq nadir genetik xəstəlik səbəbindən cəmi 66 santimetr boyundadır və fiziki inkişafı bir yaşlı körpə səviyyəsində qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ailəsi illərdir onun xəstəliyinə diaqnoz qoymaqda və müalicə xərclərini qarşılamaqda çətinlik çəkib.

Vanqın hekayəsi 21 yaşlı bacısı Xiaolinqin sosial mediada etdiyi paylaşımlardan sonra geniş diqqət çəkib. Bacısının "Qardaşıma ömrümün sonuna qədər baxacağam” sözləri minlərlə insanı duyğulandıraraq dəstək kampaniyasına səbəb olub.

Həkimlər Vanqda böyümə və inkişafı ləngidən nadir genetik xəstəlik və hipofiz hormonu çatışmazlığı aşkar ediblər. Müalicəsi davam edən gəncin gələcəyi ilə bağlı dəqiq proqnoz verilməsə də, hormon terapiyasının həyat keyfiyyətini yaxşılaşdıra biləcəyi bildirilir.
 
Aysel

 


OXŞAR XƏBƏRLƏR