25 yaşlı gəlinin dəhşətli qətli ilə bağlı - TƏFƏRRÜATLAR

25 yaşlı gəlinin dəhşətli qətli ilə bağlı - TƏFƏRRÜATLAR
SOSİAL
12:01 31.10.2016
2710
Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
 
S. Verdiyevanın atası Məzahir Cabbarov APA-ya açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib.
 
Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə  Verdiyeva birgə qətlə yetiriblər: "Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.
 
M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: "Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birinə sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.
 
M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: Ancaq polis hər hansı tədbir görmədi”.
 
M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: "Ancaq qayınatası və qaynanası onun ailəsinin dağılmasını istəyirdilər”. 

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
10:06 23.08.2025
Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
04:12 23.08.2025
Vaşinqtonda Milli Qvardiyaya silahdan istifadə etmək səlahiyyəti verilib
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
03:46 23.08.2025
Niderlandın XİN rəhbəri hökumət daxilində fikir ayrılıqlarına görə istefa verib
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
02:28 23.08.2025
Yermak və Rubio Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər
208 nəfər imtahan vermədən tələbə oldu
00:26 23.08.2025
208 nəfər imtahan vermədən tələbə oldu