25 yaşlı qız kürəkəni tərəfindən zorlandı

DÜNYA
15:58 01.11.2013
2080
Zorlanan qız nişanlısı tərəfindən də tərk edilib
Türkiyənin İzmir şəhərində iyrənc zorlama hadisəsi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 40 yaşlı M.G. baldızı 25 yaşlı Y.A.-nı evlərində zorlayıb.Belə ki, Y.A. nişanlısı ilə birlikdə bacısının evində təşkil olunan şənliyə gedib. Şənlik qurtarana yaxın, Y.A.-nın nişanlısı getmək istəyib. 31 yaşlı Ö.G. bacısından bir az da qalmağı xahiş edib. Qız da bacısının xahişini qəbul edib və onlarda qalıb. Qonaqlar gedəndən sonra ev sahibləri və Y.A. oturub söhbət ediblər. Ö.G. yorulduğu üçün yatmağa gedib. M.G. da fürsətdən istifadə edib və baldızının badəsinə yuxu dərman atıb. Y.A. yuxuya gedən kimi Ö.G. onu soyundurub və zorlayıb.“Çox yorulmuşdum. Yatmaq istəyirdim. M.G. mənim badəmə bir az şərab süzdü. İçməyə təkid etdi. İçdim və ardını xatırlamıram. Yalnız səhərə yaxın yataqda lüt olduğumu, bacımın yoldaşının isə üstümdə olduğunu gördüm”, - deyə zorlanan qız bildirib.Hadisəni bilən kimi Ö.G. ərindən ayrılmaq üçün məhkəməyə müraciət edib. Polis isə Y.A.-nın şikayətinə əsasən hadisəni törədən şəxsi yaxalayıb. Y.A.-nın nişanlısı isə qızın zorlandığını bildikdən sonra ondan ayrılıb.Qeyd edək ki, Y.A.-nın bəxti heç gətirməyib. 4 il bundan əvvəl, 21 yaşlı Y.A. intihara cəhd edib. Çünki Y.A.-nı 4 il bundan əvvəl gecə küçədə zorlamışdılar.Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR