"250 min verməsən, səni silah və narkotiklə "yükləyib", "podvala" göndərəcəyik" - "MTN İŞİ"

"250 min verməsən, səni silah və narkotiklə "yükləyib", "podvala" göndərəcəyik" - "MTN İŞİ"
SOSİAL
16:22 18.01.2017
2366

 

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Proses haqqında Səlim Məmmədovun vəkili Cavid Rzazadəməlumat verib.

O bildirib ki, prosesdə Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin kiçik inspektoru olmuş Neyman Kərimov sərbəst ifadə verib.

Onun məhkəmədə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında ziddiyyət olub. Belə ki, şahid istintaqda Akif Çovdarovu tanımadığını desə də, məhkəmədə Çovdarovu tanıdığını və hətta görüşdüyünü bildirib.

İstintaqa zərərçəkmişth şəxs qismində dindirilən Kərimov Neman Süleyman oğlu ifadəsində göstərib ki, 2009-cu ilin avqust-dekabr aylarında, axşam saat 11-12 radələrində dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlrgtikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "Elit" otelinə gedib orada istirahət ediblər: "Səhəri gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığımız otelin qapısı döyüldü, qapını açdıq. Daha sonra bir neçə nəfər şəxs otağa daxil oldu. Onlardan biri - hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirdi və nazirliyə getməli olduğumuzu dedi. Bizi nazirlyə gətirdilər. Səlim Məmmədov və Elçin Çıraqov oraya gəldilər. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıdım. Belə ki, Elçin Çıraqovla Nərimanov Rayon Polis İdarəsində işləyərkən tanış olmuşdum. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşürdük. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən "Şəki" restoranında tanış olmuşam".

Zərərçəkən şəxs istintaqa ifadəsində bildirib ki, onun saxlanmasının başqa səbəbi olub: "Səlim içəridə  mənə "Elşad Abdullayevlə yaman konfliktə girmisən, sənin ona dişin batmaz" dedi. Səlimdən bu sözün mənasını soruşdum, lakin o, gülərək "mənim sənə ürəyim yanır deyə səni xəbərdar etdim" dedi. Bundan sonra Səlim mənə "barəndə Sevinc Məmmədovanın şikayət ərizəsi var, ondan 30 min manat borc pul almısan, qaytarmamısan". Sevinc Məmmədova ABU-da təhsil alıb. Sevinc Məmmədovanı sabiq Binəqədi rayon prokuroru Mirələkbər Seyidovun vasitəsilə tanıyırdım. Sevinc Mirələkbər Seyidovun işlədiyi rayonda yaşayırdı. Sevinci Mirələkbər Seyidovla Elşad Abdullayevin özü tanış etmişdi. Bundan sonra Sevinc və Elçinlə dəfələrlə bir masada oturub əylənmişik. Elçin sonradan Sevinci Səlim Məmmədovla tanış edib. Həqiqətən də, Sevincdən borc olaraq 30 min manat pul almışam. Həmin pulu Sevincdən nə səbəbə borc aldığımı isə xatırlamıram".

Neyman Kərimov ifadəsində göstərib ki, 2009-cu ilin iyun-iyul aylarında Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidov onu otağına çağırıb: "Həmin vaxt orada Sevinc Məmmədovanı gördüm. Sevinc mənim barəmdə şifahi şikayət etdi. Mirələkbər Seyidov isə öz otağında mənin yanımda Sevincə 10 min manat pul verdi ki, məndən şikayət etməsin. Belə olan halda isə Sevincə cəmi 20 min manat borcum qaldı. Milli Təhlükəsizlik Nazirliyində Səlim Məmmədov "Sevinc səndən şikayət edib ki, sən ondan 30.000 manat borc pul almısan" dedi. Sidiyimi test elətdirdi. Bundan sonra Səlim belindən "Makarov" tipli silahı çıxarıb mənə verdi və "bir dəqiqə bunu saxla" dedi. Lakin əlimi silaha vurmadım. Səlim və Elçin mənə "250.000 manat pul verməsən, səni silahla, narkotiklə yükləyib, özünü həbs edib "podval"a göndərəcəyik" dedilər. Bir qədər sonra Sevinci otağa gətirdilər və o, mənim üzümə qarşı 30 min manat pulu borc aldığımı təsdiq etdi. Səlim və Elçinlə uzun alverdən sonra 80 min manata razılaşdıq. Dedilər ki, 30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə onlara. Başqa çıxış yolum olmadığımı görüb dayım oğlu Zakir Mövsümova zəng elədim. Dayımoğlu pulu gətirdi. Pulu Səlimə və Elçinə verdim".

Prosesdə fasilə elan edilib.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nəsə törədəcəyik" - Aktyor nazirliyə etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
12:42 21.05.2025
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı - Rəsmi açıqlama
“BakuBus”da ata qızını döydü - VİDEO
12:32 21.05.2025
“BakuBus”da ata qızını döydü - VİDEO
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
12:25 21.05.2025
Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
12:21 21.05.2025
Nəfəsdən iddia: Səsimi batırmaq üçün çayıma dərman atıblar
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
12:11 21.05.2025
İlon Maska gözlənilməz zərbə - Şirkətlərinin reputasiyası aşağı düşür
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
12:11 21.05.2025
Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır
12:03 21.05.2025
Pakistan məktəb avtobusuna hücumda Hindistanı günahlandırır