26 gündə neçə terrorçu öldürülüb? - Hesabat

26 gündə neçə terrorçu öldürülüb? - Hesabat
DÜNYA
22:08 14.02.2018
1703

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1485-ə çatıb.

Bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 46 terrorçu məhv edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən zərərsizləşdirilən terrorçu sayının isə 1485-ə çatıb.

Digər tərəfdən Afrinin şimal-qərbində Kude kəndi də terror təşkilatı PYD-PKK-dan təmizlənib.

Hazırda əməliyyatlar davam edir.

 

qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR