Rusiyanın Vladivostok əyalətində yeni dünya rekordu qırılıb.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 26904 şəhər sakini Zolotoy körpüsündə birləşərək Rusiya bayrağının təsvirini yaradıblar. Ginnesin dünya hesabatlarının baş redaktoru həmin hadisədə iştirak edərək rekordu rəsmi olaraq qeydə alıb. Qeyd edək ki, bundan əvvəlki rekord 24200 adamın iştirakı ilə Pakistanda baş tutmuşdu.
Turxan