Tərtərdə 26 yaşlı kişi intihar edib.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində baş verib.
Belə ki, kənd sakini İsmayıllı Sübhan Sakit oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Hadisənin baş vermə səbəbi bilinmir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.