"260 manata səhərə qədər içdik" - Qadını döyüb soyan oğrular

"260 manata səhərə qədər içdik" - Qadını döyüb soyan oğrular
SOSİAL
10:35 10.06.2017
11210
Abşeron sakini 65 yaşlı Dürdanə Abbasova ərizə ilə polisə müraciət edərək, may ayının 1-i gecə saatlarında tanımadığı iki şəxsin evinə basqın etdiyini, onu döydüyünü, daha sonra isə 400 manat pulunu və qolbağısını apardığını bildirib.

Həmin andan əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan Astara sakini Heydər Əhmədov və İsmayıllı sakini Elbrus Məmmədovu saxlayıblar. Onlar istintaqa ilkin ifadələri zamanı cinayətlərini etiraf ediblər. Məlum olub ki, adıçəkilən şəxslər hadisədən bir həftə əvvəl Beynəlxalq Avtovağzal ərazisindəki kafelərdən birində tanış olublar. Daha sonra eyni evdə kirayədə qalaraq, elə cinayəti də həmin  orada planlaşdırıblar.

Heydər Əhmədov - Saxlanılan şəxs: "Elə bildim onun evində pulu var. Getdim girdim onun evinə. Qapını döydüm, dedi kimdi? Dedim sement gətirmişik. Hara boşaldım? O da mənə aqressiv cavab verdi. Dedi cəhənnəm ol hara istiyirsən boşalt da. Mən də qapıya təpik vurub girdim içəri. Evi axtardım 260 manat pul çıxdı. Götürdüm də, heç nə".

Elbrus Məmmədov - Saxlanılan şəxs: "Mən oranı tanımırdım. Heydər dedi ki, gedək, mən tanıyıram arvadı, bacımgilin qonşusudu. Dayanmışdım qapının ağzında, girdi içəri. Gördüm qadın səsi gəlir qışqırıq. Girdim içəri, gördüm qadını təpikliyir, vurur. Gəldim, aldım əlindən, qoymadım vurmağa. Dedim vurma da, gəlimişik pula. 260 manat pulu götürdük, getdik oturduq kafedə səhərə qədər içdik. , O pul da orda getdi".

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq gedir. Polis onların buna bənzər əməllərinin olmasını da istisna etmir.
 
///ARB TV
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
Avtobusdakı görüntüləri gündəm oldu
22:16 15.03.2026
Avtobusdakı görüntüləri gündəm oldu
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO
22:11 15.03.2026
Bakıda evlərin sökülməsi gərginlik yaradır: Kiçik mülk sahibləri böyük mənzil tələb edirlər - VİDEO