27 il sonra Rusiyada tapdığı qardaşı onu evinə buraxmadı - VİDEO

27 il sonra Rusiyada tapdığı qardaşı onu evinə buraxmadı - VİDEO
SOSİAL
12:47 23.09.2022
318
ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında təəccüblü anlar yaşanıb. 

AZXEBER.COM xəbər verir ki, Quba sakini olan Gülnaz adlı xanım itkin düşdüyü deyilən qardaşını tapmaq üçün proqrama müraciət edib.

Onun 27 ildir itən qardaşı Rusiyada tapılıb. Gülnaz çəkiliş heyəti ilə birlikdə qonşu ölkəyə yollanıb. Qardaşı Səfərlə görüşən Gülnaz  gözləmədiyi hadisə ilə qarşılaşıb.

Belə ki, 27 il sonra tapdığı qardaşı Səfər onu evinə buraxmayıb. O "Nəvəm evdədir, yatıb" deyərək bacısını evinə qoymayıb.

Daha sonra Gülnaz qardaşını onunla Azərbaycana gəlməsini və ata-anasının məzarını ziyarət etməsini xahiş edib. O isə burada ailəsi, nəvəsi olduğunu və Azərbaycana gələ bilməyəcəyini deyib. 

Sözügedən görüntülər studiyada nümayiş olunub. Verilişdə iştirak edən ekspertlər baş verənlərə qarşısında təəəccübləniblər. Onlar Səfərin arvadından qorxaraq bu addımı atdığını bildiriblər.

Ətraflı videoda: 

OXŞAR XƏBƏRLƏR