Paytaxtda olan hündürmərtəbli binaların üstündən Azərbaycan bayrağı asılıb.
Baku TV işğaldan azad olunan kəndlərin sakinləri ilə söhbətləşib, onların duyğularını öyrənib.
Qeyd edək ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar. Azərbaycan Ordusu əks-hücuma keçərək, işğal altında olan bəzi əraziləri və yüksəklikləri işğaldan azad edib.