27 yaşlı oğlanı ad günündə qətlə yetirən şəxs tutuldu

SOSİAL
10:29 25.03.2016
3982
Sumqayıtda törədilən qətlin üstü açılıb.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6-nın qarşısında Namiq Məmmədovu bıçaqlayaraq öldürən şəxsin Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev olduğu müəyyən edilib. O saxlanılıb.
Qeyd edək ki, hadisə martın 22-də baş verib. 1989-cu il təvəllüdlü Namiq Məmmədovun meyiti onun doğum günündə evinin qarşısında aşkar edilib.

OXŞAR XƏBƏRLƏR