‘28 Cinema’dan Cem Yılmazı sevənlər üçün yeni möhtəşəm kampaniya

MARAQLI
00:09 16.03.2013
1506

Martın 18-də filminbütün seanslarına biletlər cəmi 2 manata

AZXEBER.COM-un məlumatına görə, Azərbaycanın ən böyük kinoteatrı olan, premium səviyyəli “28 Cinema” Türkiyədə izləmə rekordu qıran və tamaşaçı sevgisiniqazamış"CM101MMXI Fundamentals" filmini sevənlər üçün yeni kampaniya həyata keçirir. Belə ki, yalnız bir gün mart ayının 18-də "28 Cinema" kinoteatrında "CM101MMXI Fundamentals" filminin bütün seanslarına biletlər cəmi 2 manat olacaqdır.

"CM101MMXI Fundamentals" filmi məhşur türk aktyoru Cem Yılmazınkomediya janrındastand-up-larındanibarətdir. Aktyor filmdə insanların gündəlik qarşılaşdığı, lakin üzərində dayanmadığı, keçib getdiyi həyata dair incəlikləri özünəməxsus tərzdə dəyərləndirir və bu üsulla insanlara çatdırır. Cem Yılmazın stand-up-ları ilk dəfə olaraq 2010-cu ildə film halına salınmış və nümayiş olunmağa başlamışdır. Bundan sonra böyük populyarlıq qazanmışdır.

“28 Cinema” oturacaq yerlərinə görə ölkədə ən böyük kinoteatrdır vəEnhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.“28 cinema”“PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

OXŞAR XƏBƏRLƏR