"28 Mall" Alış-Veriş Mərkəzi təhlükə altındadır.
Bu haqda AZXEBER.COM-a orada çalışan işçilər məlumat veriblər.
Onların dediyinə görə, "28 Mall"ın yerləşdiyi ərazidə torpaq sürüşməsi qorxusu var. Məhz bu səbəbdən də adıçəkilən məkan bir neçə həftə öncə tamamilə bağlanmışdı.
İşıq olmadığına görə bağlandığı deyilən alış-veriş mərkəzi əslində məhz torpaq sürüşməsi qorxusuna görə bağlanıbmış.
Məlumata görə, yaxın zamanlarda yoxlamalar aparılması məqsədilə "28 Mall" bir müddətliyinə bağlanacaq.
"Pasha İnşaat MMC Ticarət Mərkəzləri Qrupu"nun marketinq şöbəsinin müdiri Nuranə İsgəndərova AZXEBER.COM-a açıqlamasında deyib ki, "28 Mall"da ərazisində torpaq sürüşməsi baş verməyib və bir müddət öncə "28 Mall"ın bağlanması məhz işıqla bağlı problemdən qaynaqlanıb: "Ticarət Mərkəzinin 17 fevral tarixində fəaliyyət göstərməməsinin səbəbi isə binanın elektrik təchizatı ilə əlaqədar idi. Ticarət Mərkəzi hal-hazırda fəaliyyət göstərir və mərkəzin bağlanılması ilə əlaqədar yayımlanan xəbər doğru deyil".