28 soydaşımızı əsirlikdən azad edən Milli qəhrəmanın ad günüdür

MARAQLI
08:09 15.07.2011
2145

Bu gün Milli qəhrəman Əsəd Cəlal oğlu Əhmədovun ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. 

O, 1992-ci ilin martında Milli Orduda hərbi xidmətə başlayıb, Şuşa rayonu Zarıslı, Salatınkənd, Turşsu, Ağdam rayonu Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Laçın ətrafında 28 nəfər soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyulun 31-də Papravənd uğrunda gedən döyüşlərdə həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, şəhərin küçələrindən biri onun adını daşıyır.

 

OXŞAR XƏBƏRLƏR