28 yaşlı gənc məktub yazıb, özünü asdı - TƏFƏRRÜAT

28 yaşlı gənc məktub yazıb, özünü asdı - TƏFƏRRÜAT
SOSİAL
13:33 08.06.2018
9197
Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR