28 yaşlı mühacirə məhkəmə tərəfindən böyük jest

28 yaşlı mühacirə məhkəmə tərəfindən böyük jest
DÜNYA
16:55 16.02.2024
194
Son illər qaçqın problemi ilə mübarizə aparan Avropada ölkəyə yeni daxil olan və yardım almasına baxmayaraq cinayət törədən tunisliyə nümunəvi cəza verilib.
    
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Regensburq şəhərində oğurluq, narkotik ticarəti, zorakılıq və zorlama ittihamları ilə saxlanılan 28 yaşlı tunisli Abdullah C. məhkəmədə hakim qarşısına çıxıb.

41 yaşlı hakim Zois Çaritopoulosun qarşısına çıxarılan Abdullahın hakimin həbs cəzası verərkən etdiyi çıxış gündəmə gəlib.

Hakim deyib:
 
"Səni azad etsəm, yenə cinayət törədərsən, qanundan qaçarsan, məntiqlə həbsdən çıxmağı sadə vətəndaşa izah edə bilmərəm”.
 
Abdullahın tez-tez cinayətə qarışdığına diqqət çəkən hakim "Almaniyaya gəldiniz, sizi qonaqpərvərliklə qarşıladılar, sosial yardım aldılar və bundan faydalandınız. Sonradan məhkəməyə gedib azadlığa çıxa bilməzsiniz. Bir çox cinayətlər törətdiniz", - deyə hakim məhkəmədə danışıb.

Qeyd edək ki, bir çox oğurluq hadisələrində iştirak edən şəxsin ötən yay Almaniyaya gəldiyi və daha əvvəl İtaliyada yaşadığı öyrənilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR