Hindistanın Madhya Pradeş ştatının Satna şəhərində yaşayan 28 yaşlı qadın Hindistanın tibb sahəsində dünən gecə eyni anda 10 uşaq dünyaya gətirməklə rekord qırıb. Ancaq dünyaya gələn uşaqların heç biri sağ qalmayıb.
AZXEBER.COM-un ailəm.az- saytına istinadən verdiyi xəbərə görə, dünən axşam Hindistanda görünməyən bir hal baş verib.
28 yaşlı Anji Kuşvava ötən gecə Satnadan 250 km uzaqda yerləşən xəstəxanaya yerəşdirilib. Məlumata görə, qadın xəstəxanaya çatmadan, yarı yolda uşaqlardan 9-nu dünyaya gətirib. Qadının əri Sancay yarı yolda doğulan 9 uşağı paltara bükülmüş halda xəstəxanaya gətirib. Həkimlərin köməyi ilə 10-cu övlad da dünyaya gəlib. Ancaq bədbəxtlikdən hər 10 uşaq ölü doğulub.Həkimlərin dediyinə görə çox döllü hamiləlik zamanı ilk 9-12 həftə arasında "Çox döllü hamilləliyin reduksiyası" müalicə prosesi həyata keçirilərək fetusların sayının ən azından 3-nü azaltmaq lazımdır.
Bu proses uşaqsaldırma hallarının azalmasına və sağlam körpələr dünyaya gətirməyə kömək edir.
Bu müalicəni almayan xanımlar üçün döllərin hamısını dünyaya gətirmək çox çətindir. Hər 10 uşağı ölü doğulan Anju da hamiləlik dönəmində lazımı müalicələr almayıb.
Onu da qeyd edək ki, çox döllü doğuş ilk dəfə 1971-ci ildə Romada baş verib. 35 yaşlı qadın eyni zamanda 15 uşaq dünyaya gətirib. Daha sonra 1999-cu ildə Malayziyalı xanım da eyni zamanda 9 uşaq dünyaya gətirmişdi, ancaq heç biri sağ qalmamışdı.