Hindistanda bütün dünyanı təəccübləndirən hadisə baş verib
Hindistanda bütün dünyanı təəccübləndirən hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 28 yaşlı qadın birdəfəyə 11 uşaq doğub.Belə ki, bu Dehlidə yaşayan 28 yaşlı Anji Kuşvavanın ilk hamiləliyi olub. Oun qarnının get-gedə böyüməsi ilk vaxtlar böyük marağa səbəb olub. Qadının doğumundan sonra isə bunun möcüzə olduğu açıqlanıb.Qeyd edək ki, qadının və uşaqların vəziyyəti yaxşıdır. Uşaqların yaxşı inkişaf etdikləri bildirilir.

