28 yaşlı reper faciəvi şəkildə öldü - FOTO

28 yaşlı reper faciəvi şəkildə öldü - FOTO
DÜNYA
10:52 14.03.2023
267
Cənubi afrikalı 28 yaşlı reper Kosta Titç konsert zamanı dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məşhur cənubi afrikalı reper Kosta Tiç Yohannesburqda keçirilən musiqi festivalında konsert zamanı dünyasını dəyişib.
 
28 yaşlı reperin ölümünün dəqiq səbəbi bəlli deyil.

Yohannesburq Sərgi Mərkəzində (NASREC) Ultra Musiqi Festivalında çıxış edən Kosta Tiç konsert zamanı iki dəfə huşunu itirərək yaxalanıb. Titch sağlamlıq qruplarının müdaxiləsinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, əsl adı Constantinos Tsobanoglou olan gənc sənətçi bütün qitədə, xüsusən də Cənubi Afrikada məşhur musiqiçi kimi tanınır.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR