Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.
Bizimtehsil.Az xəbər verir ki, yeni tədris ilinin ilk günü Bakının Binəqədi rayonunda yerləşən 283 nömrəli məktəbdə təntənəli şəkildə qeyd olunub.
Məktəbin direktoru Tünzalə Zeynalova tədbiri açıq elan edərək hər kəsi salamlayıb və ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqları təbrik edib. O təhsil ocağının tarixi barədə məlumat verərək qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbin təmirdən sonrakı açılışında iştirak edib: "283 nömrəli tam orta məktəbin kollektivi olaraq biz də bu unudulmaz sevinci öz taleyimizdə yaşadıq. Məktəbimiz ötən tədris ilində əsaslı təmir edildi və yeni dərs ili ərəfəsində möhtərəm Prezidentimiz məktəbdə olaraq görulən işləri yüksək dəyərləndirdi, pedaqoji kollektivə uğurlar arzuladı. Əminəm ki, şagirdlərimiz bu tədris ilində də uğurlarıyla bizi sevindirəcəklər.
Direktor həmçinin onu da qeyd edib ki, 283 nömrəli məktəbə bu il 171 birinci qədəm qoyub.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Süleymanov da öz növbəsində məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O həmçinin təhsil dövlət qayğısından danışıb.
Bilik günü daha sonra məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya ilə davam edib.Qeyd edək ki, bu tədris ilində Azərbaycanda 164033 şagird I sinfə gedəcək. 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1415242 nəfər təşkil edəcək.Yeni dərs ilində Bakı şəhəri üzrə 43397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354573 nəfər şagird təhsil alacaq.