29 milyon manat depoziti geri çəkildi - "Premium Bank"ın HESABATI

29 milyon manat depoziti geri çəkildi -  "Premium Bank"ın HESABATI
SOSİAL
12:42 15.07.2025
242
"Premium Bank" 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyətini açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% artaraq 6,3 mln. manat təşkil edib.

Bankın əməliyyat gəlirləri artsa da, xərclərdəki artım tendensiyası. Qeyri-faiz xərcləri – o cümlədən əmək haqqı, inzibati və digər xərclər – 13,4 mln. manata yüksəlib. Bu, xalis mənfəətdə artıma baxmayaraq, bankın rentabellik göstəricilərinə potensial təzyiqlərin artdığını göstərir. Ümumilikdə əməliyyat mənfəəti 18% artaraq 6,6 mln. manat olub. Başqa sözlə, əməliyyat mənfəəti xalis mənfəətdən cəmi 300 min manat yüksək olub. Bu isə bankın mənfəətinin əsasən fəaliyyət gəlirləri ilə formalaşdığını göstərir.

Bankın aktivləri ilin əvvəlindən 1,1% artaraq 648,2 mln. manata çatıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlərin genişlənməsi ilə bağlı olub – kredit portfeli 1,9% artaraq 475,5 mln. manat təşkil edib.

Depozit portfelində ikili dinamika
 
Bankın ümumi depozit portfeli 3,6% artaraq 368,2 mln. manata yüksəlib. Bu artım yalnız fiziki şəxslərin əmanətləri hesabına mümkün olub. Belə ki,əhalinin depozitləri 6,7% artaraq 311,6 mln. manata çatıb. Əvəzində, hüquqi şəxslərin depozit portfelində 34% azalma müşahidə edilib. Şirkətlər 29,1 mln. manat vəsaiti bankdan geri çəkib. Nəticədə sözügedən portfel 85,7 mln. manatdan 56,6 mln manata enib.

Pul vəsaitlərində azalma, qiymətli kağızlarda sıçrayış

Hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri 6,7% azalaraq 154,2 mln. manata düşüb. Bunun əksinə olaraq, ticarət və investisiya qiymətli kağızlarına yatırımlar 10 dəfədən çox artaraq 1 mln. manatdan 10,8 mln. manata yüksəlib. Bu da bankın likvid vəsaitlərinin strukturunda mühüm dəyişiklik olduğunu göstərir.

Kapital artımı dividendlərin azaldılması bahasına baş verib

Bankın ümumi kapitalı 9% artaraq 193,9 mln. manata çatıb. Artım əsasən səhmdar kapitalının 20 mln manat artırılması ilə bağlıdır. Bununla belə, bölüşdürülməmiş mənfəətin 3,7 mln manat azalaraq 10,5 mln. manata enməsi bankın mənfəətin bölüşdürülməsində daha konservativ siyasətə keçdiyini göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb