Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Aydın Seyidov tanışı, 28 yaşlı Babək Həsənov tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.