“Kickstarter” tərəfindən maliyyə vəsaiti toplanan və 90 günə qədər enerji ilə doldurulmasına ehtiyac olmayaraq işləyən minimalistik telefon yaradılıb.
AZXEBER.COM ikt.lent.az-a istinadən xəbər verir ki, ”Janus One” adlanan telefon 1 500 mA/s batareyası ilə təchiz edilib.
Bu avadanlıq əksər enerji sərf edən funksiyalardan kənar qalıb. Yeni telefon kiçik OLED displey, aparat klaviatura, “Bluetooth 3.0” modulu, G-sensor ilə təchiz edilib və ancaq GSM şəbəkəsi daxilində “micro-Sim” istifadə etməklə çalışır.
Tərtibatçılar özləri isə məhsullarını təqdim edərkən bunu “Janus One” smartfonuna əlavə kimi qeyd edirlər. Belə ki, “Janus One” daha funksional avadanlıqlar üçün qarnitura vasitəsi və ya əlavə batareya qismində çıxış edə bilər.