Hər həftə bir –birindən maraqlı seriyalar təqdim edən “3 bacı” seriyasının bu gün axşam saat 21:30 buraxılışında da doyunca güləcəksiniz. Həyətlərində boş yer üstündən bacılar və qonşular dava edirlər. Kimi maşın yumaq üçün yer, kimi qonşuların oturması üçün skamya, kimi də yelləncəklər tikdirmək istəyir. Buna görə də bacılar Səadət, Xoşbəxt, Sevinc, qonşuları Xədicə, Maariflə üz-üzə gəlirlər. Bu davada kimin qalib gələcəyini bilmək istəyirsinizsə mütləq axşam saat 21:30-da SPACE-də efirə gedəcək “3 bacı” serialını qaçırmayın!