Kambocanın Baş naziri Hun Sen 38 ildən sonra istefa verdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bildirilib ki, o, baş nazir postunu oğlu general Xun Manetə verib.
Xatırladaq ki, iyulun 23-də Kambocada Milli Assambleyaya (parlamentin Aşağı Palatası) keçirilən seçkilərdə Baş nazir Hun Senin rəhbərlik etdiyi hakim Kamboca Xalq Partiyası (KXP) inamlı qələbə qazanıb.
Məlumata görə, VII çağırış parlamentin aşağı palatasındakı 125 yerdən 120-ni hakim KXP, Müstəqil, neytral, sülhsevər və əməkdaşlıq edən Kamboca Uğrunda Milli Cəbhə Partiyası isə 5 yer qazanıb.
Gülay