3 hamilə qadın oğurluq etdi - VİDEO

3 hamilə qadın oğurluq etdi - VİDEO
DÜNYA
14:23 18.03.2025
180
Girdikləri mənzildən seyf oğurlayan 3 şübhəli yaxalanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
 
Y.E. (21), N.S. (20) və B.B. (22) adlı 3 qadın öncə bloka girib sonra isə qapısı açıq qalmış mənzilə daxil olublar. Şübhəlilər evdə tapdıqları seyfi yataq örtüsünə  bükərək oğurlayıblar.
 
Hadisə yerindən çıxışı təhlükəsizlik kamerasına düşən şübhəlilər yolda tutduqları taksiyə minərək hadisə yerindən qaçıblar.
 
Yoxlama edən polis qrupları şübhəli gördükləri taksini dayandırıb. Taksiyə baxış zamanı baqajda örtüyə bükülmüş polad seyf diqqət çəkib. Sorğu-sual zamanı şübhəlilərin ümumilikdə 158 cinayət qeydinin olduğu və hamilə olduqları məlum olub.
 
Seyfin içərisindən təxminən 1 milyon lirə (təx: 47 min manat) dəyərində qızıl-zinət əşyaları ələ keçirilib. Şübhəli Y.E., N.Ş. və B.B. Polis bölməsindəki prosedurlardan sonra məhkəmə tərəfindən "ev oğurluğu" maddəsi ilə həbs edilərək həbsxanaya göndərilib.
 
Həmin cinayətin videosunu tqədim edirik:
 
Oksana