Türkiyəli aktrisa Hande Erçel sosial media hesabında anasının ölüm ildönümündə təsirli paylaşım edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki,illər əvvəl anası ilə çəkdirdiyi şəklini yayımlayan aktrisa onun üçün darıxdığını bildirib.
29,3 milyon izləyicisi olan aktrisa instaqram hesabında illər əvvəl anası ilə çimərkən çəkdirdiyi fotosunu paylaşaraq "Sənin ucsuz-bucaqsız dənizlərdə üzə biləcəyin bir yerdə olduğunu bilirəm. Mən isə həmişə dizlərində... sənin üçün çox darıxıram, ana",- qeydini yazıb.
Hande Erçelin şərhə qapalı paylaşımı qısa zamanda 700 minə yaxın bəyənmə toplayıb.
Həmin paylaşımı təqdim edirik:
Ayşən