3 il əvvəl törədilən qətlin üstü açıldı

3 il əvvəl törədilən qətlin üstü açıldı
SOSİAL
10:54 29.07.2024
132
Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb.

AZXEBER.COM xəbər veirr ki, 2021-ci il dekabrın 25-də  Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb. 

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR