3 ölkə DÇ-2030-a namizəddir

3 ölkə DÇ-2030-a namizəddir
İDMAN
20:38 05.10.2017
1230
2030-cu ildə futbol üzrə dünya çempionatını 3 ölkə təşkil etmək niyyətindədir.
 
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu, Argentina, Uruqvay və Paraqvaydır.
 
Argentinanın paytaxtı Buenos-Ayresdə mətbuat konfransı keçirən hər üç ölkənin dövlət başçıları mundiala ev sahiblik etmək barədə razılaşdıqlarını bildiriblər. Argentina prezidenti Maurisio Macri açıqlamasında FİFA və Cənubi Amerika Futbol Konfederasiyasının da dəstəyini aldıqlarını bildirib.
 
Qeyd edək ki, Uruqvay 1930, Argentina isə 1978-ci ildə DÇ-ni təşkil edib.
 

OXŞAR XƏBƏRLƏR