3 məktəblinin ağlasığmaz cinayəti

DÜNYA
12:10 21.10.2015
1741
Şagirdlər 52 yaşlı müəlliməni məktəbin ayaqyolusunda döyərək, öldürüb.
Hadisə Çinin şimalındakı Hunan şəhərində baş verib. 11-13 yaşlı 3 uşaq müəllimə ilə sinif otağında tək qaldıqda cinayəti həyata keçiriblər.
İlk olaraq, əllərindəki odunla qadının başına vuran uşaqlar daha sonra müəlliməni ayaqyoluna aparıb və dəfələrlə onun başına zərbələr endiriblər. Müəllimənin nəfəs almadığını görən uşaqlar onun çantasındakı pulu və mobil telefonu götürərək, hadisə yerindən uzaqlaşıblar.
Məlumatlara görə, məktəblilər artıq polis tərəfindən saxlanılıb.
///Teleqraf.com
OXŞAR XƏBƏRLƏR