3 nömrəli avtobuslar niyə bu dayanacaqda saxlamırlar? - ŞİKAYƏT - VİDEO

3 nömrəli avtobuslar niyə bu dayanacaqda saxlamırlar? - ŞİKAYƏT - VİDEO
SOSİAL
21:15 04.05.2026
166
Bakıda bəzi avtobusların dayanacaqlarda saxlamaması ilə bağlı şikayətlər var. Bu dəfə narazılıq 3 nömrəli marşrut xətti ilə bağlıdır.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, sərnişinlər bildirirlər ki, avtobuslar müəyyən dayanacaqlarda saxlamadan hərəkət edir. Avtobus boş olsa da, dayanacaqda saxlamır.

Bu barədə görüntüləri sərnişinlərdən biri çəkərək "Xəzər Xəbər”in qaynar xəttinə göndərib.

Şikayətçi bildirir ki, "Dərnəgül” metrosundan Badamdar qəsəbəsi istiqamətinə hərəkət edən 3 nömrəli marşrut avbtobusu Badamdar şosesində yerləşən dayanacaqda saxlamır. Bu vəziyyət təxminən bir neçə aydır davam edir.

Elə biz də dayanacağa getdikdə həmin mənzərənin şahidi olduq. 3 nömrəli marşruta aid avtobuslar sözügedən dayanacaqda saxlamır.

Məsələ ilə bağlı "BakuBus” MMC-dən bildirildi ki, 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin Badamdar şosesi 96 ünvanında yerləşən dayanacaqda saxlamaması ilə bağlı daxil olmuş müraciət araşdırılıb. Ötən gün saat 12:36 radələrində Monitorinq mərkəzinin apardığı araşdırma nəticəsində qeyd olunan fakt təsdiqini tapıb və avtobusu idarə edən sürücü Tural İsmayılov tərəfindən sözügedən dayanacaqda saxlanılmadığı müəyyən edilib. Bildirilib ki, baş vermiş halla bağlı sürücü barəsində müvafiq inzibati tənbeh tədbiri görüləcək. Eyni zamanda diqqətə çatdırılıb ki, qüvvədə olan sərnişindaşıma qaydalarına əsasən, müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar müəyyən olunmuş bütün dayanacaqlarda saxlamalıdırlar.

O da bildirildi ki, qeyd olunan dayanacağa daxil olmaları ilə bağlı 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusları idarə edən bütün sürücülərə xəbərdaredici SMS məlumat göndərilib və məsələ daimi nəzarətdə saxlanılacaq.

OXŞAR XƏBƏRLƏR