3 qardaşı güllələyən şəxsin məhkəməsi başlayıb

KRİMİNAL
17:25 15.01.2014
1840

Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Cabbar İbrahimovun məhkəməsi başlayıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxsin apelyasiya şikayəti əsasında başlayıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə Cabbar İbrahimov ömürlük azadlıqdan məhrum edilib.İttihama görə, hadisə ötən ilin martın 2-si saat 15:30 radələrində Türkan qəsəbəsində baş verib. Cabbar İbrahimov qəsəbə sakinləri - Elman, Taleh və Bəhruz Zeynalov qardaşları ilə torpaq üstə mübahisə ediblər.Nəticədə Cabbar İbrahimov 16 kalibrli “İJ” markalı ov tüfəngi ilə Elman və Talehi qətlə yetirib, Bəhruz Zeynalovun isə bel və baş nahiyəsindən xəsarət yetirib.

OXŞAR XƏBƏRLƏR